NASA 2024 YR4 asteroidinin Ayla toqquşması ehtimalını 3,8%-ə qədər artırıb
2024 YR4 asteroidinin 2032-ci il dekabrın 22-də Ayla toqquşma ehtimalı 3,8%-ə çatıb.
QHT.az xəbər verir ki, əvvəl Yer, indi Ay riskdədir. Belə ki, asteroid əvvəlcə Yer üçün təhlükə hesab olunurdu (3,1% ehtimal), indi risk Ay üçün daha yüksəkdir. Diametri 53–67 metr (15 mərtəbəli bina boyda), tərkibi hələ dəqiq bilinmir. 2032-ci ildə asteroid Ayın 3100 km yaxınlığından keçə bilər, qeyri-müəyyənlik ±83.000 km-dir. Təsir 5–8 meqatonluq partlayışa səbəb ola bilər, Ay orbitində dəyişiklik olmaz, amma Yerdən meteor yağışı görünə bilər.
Asteroid 2028-ci ildə Yerə yaxınlaşacaq, 2025-ci martda tərkibi dəqiqləşdiriləcək. Bu proses planet müdafiə sistemləri üçün sınaqdır, elmi icma təhlükəni yaxından izləyir.
R.İmanov