Xəbərlər 01.04.2025 10:25 126

100 ildən çox yaşayır və qocalmır: bioloq qeyri-adi şirin su balığı haqqında danışdı

Bioloqun fikrincə, böyük ağızlı bu balıq yalnız yaşlandıqca daha güclü və möhkəm olur.

QHT.az xəbər verir ki, bəzi insanlar 100 ildən çox yaşaya bilsə də, bu, nadir haldır. Heyvanlar arasında isə uzun ömürlü növlər mövcuddur. Rutgers Universitetinin bioloqu Scott Traversin yazdığı məqaləyə görə, Şimali Amerikada yaşayan iri ağızlı camış adlı şirin su balığı 120 ildən çox yaşaya bilir və qocalmır. Bu balıqlar planktonla qidalanır, uzunluğu 122 sm-dən çox, çəkisi isə 36 kq-dır.

Tədqiqatlar göstərir ki, bəzi iri ağızlı camış populyasiyaları yarım əsrdən çoxdur yeni nəsil görməyib. Çoxalma üçün onlar xüsusi ekoloji şərtlərə – müəyyən temperatur və bitki örtüyünə ehtiyac duyurlar. 2024-cü ilin sentyabrında aparılan araşdırmaya əsasən, Minnesota ştatında tədqiq olunan 390 balığın 99,7%-nin yaşı 50-dən yuxarı, çoxunun isə 80-100 il aralığında olduğu müəyyən edilib. Bu balıqların əsas xüsusiyyəti qocalmamaqdır – immun sistemləri zəifləməz, hüceyrə çürüməsi baş verməz və yaşlı fərdlər daha sağlam görünür. Traversin fikrincə, bu, onları yenilməz etməsə də, sağ qalmaq üçün unikal uyğunlaşma təmin edir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı