Xəbərlər 28.02.2025 17:51 356

2024-cü ilin mediatoru - Kərimov Akif Məmməd oğlu

Mediasiya Şurasının üzvü, Qəbələ 1 saylı mediasiya təşkilatının mediatoru Kərimov Akif Məmməd oğlu mediasiya sahəsindəki fəaliyyətinə əsasən Mediasiya Şurasının İdarə Heyəti tərəfindən “2024-cü ilin mediatoru” elan edilir və Mediasiya Şurasının Fəxri Diplomu ilə təltif olunur. 

QHT.az xəbər verir ki, Akif Kərimov uzun illər ədliyyə orqanlarında səmərəli xidmət göstərib, o eyni zamanda Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir. Mediator Akif Kərimov “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı” medalı və Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley” medalı ilə təltif edilib. Onun rayon ictimaiyyəti arasındakı böyük ictimai nüfuzu və etimadı mediasiya sahəsində keyfiyyətli barışıq sazişlərinin bağlanmasında mühüm rol oynayır. 

Mediator Akif Kərimov həmçinin Qarabağ döyüşlərində qəhrəmanlıq və böyük şücaət göstərərək şəhid olmuş Orxan Kərimlinin atasıdır. Mediasiya Şurası adından Akif müəllimə fəaliyyətində uğurlar arzu edir və Göyçay rayonunda olan böyük ictimai nüfuzlu ağsaqqalımız kimi ona uzun ömür, can sağlığı arzu edirik.

Qeyd edək ki, ilin mediatoru Fəxri Diplomu Akif Kərimova Mediasiya Şurası İdarə Heyəti tərəfindən Göyçay şəhərində təqdim ediləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı