QHT tərəfindən animasiya filmləri hazırlanır - VİDEOLAR
"Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən animasiya filmləri hazırlanır.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qaliblərindən biri olaraq “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 1 aprel 2025-ci il tarixindən yeni layihənin icrasını həyata keçirir.
“Texno-mifləri dağıdırıq!” adlı layihə çərçivəsində texnologiya, eləcə də, gündəlik həyatımızda doğru kimi bildiyimiz yalnış texnoloji təsəvvürlər barədə animasiya filmləri hazırlanır. Ümumilikdə hazırlanacaq səkkiz animasiya filminin dördü artıq hazırdır və təşkilatın “Youtube” kanalında yerləşdirilib. İyul və ya avqust ayında Qazax rayonunda gənclər üçün kiçik təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, layihənin müddəti beş aydır və 31 avqust tarixində başa çatacaqdır.