Xəbərlər 21.06.2025 17:21 25

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb
 

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamının şamil edildiyi şəxslər sosial-reabilitasiya tədbirlərinə cəlb edilib. 

QHT.az xəbər verir ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidməti ilə birgə işlər aparır.

Agentliyin mütəxəssisləri ilkin mərhələdə bu kateqoriyadan olan 62 nəfərin sosial-psixoloji xidmətlərə olan tələbatının ölçülməsi məqsədilə qiymətləndirməsini aparıb.

Qiymətləndirmənin nəticələrinə əsasən, ehtiyacı olan şəxslərin sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutularaq bu sahədə işlərə başlanıb.  

Hazırda davam etdirilən proses çərçivəsində həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidmətləri də göstərilir, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə iş aparılır. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı