Agentlik rəhbəri: 1,7 milyon manat həcmində qrant dəstəyi göstərilib
İndiyədək qrant dəstəyi mexanizmi çərçivəsində KOBİA sahibkarların 100-ə yaxın layihəsinə 1,7 milyon manat həcmində qrant dəstəyi göstərib.
QHT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
"KOB-ların maliyyə imkanlarının genişləndirilməsi məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi mexanizmi üzrə 2024-cü ildə təşkil olunmuş iki müsabiqə çərçivəsində sahibkarların 41 layihəsinə 714 min manat həcmində qrant vəsaiti ayrılıb. İndiyədək isə qrant dəstəyi mexanizmi çərçivəsində KOBİA sahibkarların 100-ə yaxın layihəsinə 1,7 milyon manat həcmində qrant dəstəyi göstərib."