Azərbaycanda gənclərin yaradıcılıq bacarıqlarına dəstək: Layihə uğurla davam edir / FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində "Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi" tərəfindən icra olunan “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədilməsi Məqsədilə Domestika.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tətbiqi” adlı layihə uğurla davam edir.
QHT.az xəbər verir ki, layihənin məqsədi gənclərin kreativ sənayelərə çıxış imkanlarını genişləndirmək və Domestika.org platformasının yerli mühitə uyğunlaşdırılmasıdır. Bu çərçivədə Asmart Creative Hub uşaqlar və yeniyetmələr üçün müxtəlif incəsənət kursları təşkil edib. İnternat məktəblərində və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən dərslərdə iştirakçılar Amigurumi, Divar rəssamlığı, Dulusçuluq, Keçə oyuncaq sənəti, Qobelen toxuculuğu, Shibori parçaboyama və Silk Screen çap texnikası kimi sənət növlərini öyrəniblər. Bu kurslar onların yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, özünüifadə və sosial inteqrasiyasına da töhfə verib.
Layihə gənclərin yaradıcı potensialını gücləndirmək, mədəniyyət sahəsində inkişafı təşviq etmək və beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Pərvanə Fərhadqızı