İmişlidə "Zəfərimiz rəssam Gülnarənin rənglər dünyasında" adlı sərgi açılıb - FOTOLAR
9 fevral 2025-ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə İmişli şəhərində Diferensial Təhsil Tədris Mərkəzində "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Zəfərimiz rəssam Gülnarənin rənglər dünyasında" adlı sərginin açılışı olub.
QHT.az xəbər verir ki, Cənab Prezident İlham Əliyevin 24 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik ili" elan olunub. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, AYB-nin üzvü Güllü Eldar Tomarlı qonaqları salamlayaraq, vətənin bütövlüyü, suverenliyi və azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyini bildirib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Güllü Eldar Tomarlı gənc rəssam Gülnarə Məmmədovanı yaradiciliğının 10 illik yubileyi münasibətilə təbrik edib və onun vətənpərvərlik ruhunda yaratdığı rəsm əsərləri haqqında geniş məlumat verib. Qeyd edilib ki, 2023-cü ildə Beynəlxalq Muğam Mərkəzində milli üslubda rəsm əsərlərinin sərgisi keçirilib, 2024-cü ildə isə "Bir ürəkdə iki can, Türkiyə-Azərbaycan" adlı sərgi təqdim olunub.
Tədbirdə İmişli Rayon Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədli, İmişli Rayon İcra Hakimiyyətinin içtimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri müevini Rüfət Muradov, Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müevini Həsən Həsənov, qazi, jurnalist Səbuhi Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Səyalı Dadaşova, ziyalılar və şəhid ailələrinin üzvləri çıxış edərək gənc rəssama təbrik və təşəkkürlərini bildiriblər.
Sonda Gülnarə Məmmədova bu möhtəşəm sərginin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib və yaradiciliğının son uğuru kimi Ulu Öndər Heydər Əliyevin kətan üzərində yağlı boya portretini təqdim edib.
Sərginin davamı
10 fevral 2025-ci il tarixində sərginin ikinci günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, birinci müevini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayon ictimaiyyətinin nümayəndələri sərgini ziyarət ediblər.
11 fevralda sərginin üçüncü günündə millət vəkili Razi Nurullayev, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Gənclər və İdman İdarəsinin rəhbəri Ceyhun Əbdülov və peşə məktəbinin müəllimləri sərgidə iştirak ediblər.
Sərgi 14 fevral 2025-ci il tarixinə dək, saat 12:00-dan 18:00-ə dək davam edəcək.
Ünvan: İmişli şəhəri, Xanhüsəyn Bəylərov küç., bina 3
Əlaqə: 051 622 51 13