Xəbərlər 05.02.2025 09:18 117

Nadir Adilov Türk Dünyası Arabulucular Birliyində sədr müavini seçildi 

Türk Dünyası Arabulucular Birliyinin 15 yanvar 2024-cü il tarixində keçirilən iclasında yeni təyinat baş tutub. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov təşkilatın sədr müavini vəzifəsinə seçilib.

QHT.az xəbər verir  ki, Birliyin rəhbəri Yakup Erikel yeni təyinatın Türk dünyasında hüquq və arabuluculuq sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib. Qeyd edək ki, Türk Dünyası Arabulucular Birliyi regionda hüquqi əlaqələrin inkişafına və alternativ mübahisə həlləri sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşkilatlardan biridir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı