Xəbərlər 23.12.2024 15:27 211

Moldovanın Azərbaycandakı səfiri "Qardaşlaşmış Qarabağ Məktəbləri" V Qış Düşərgəsini ziyarət edib - FOTOLAR

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko "Qardaşlaşmış Qarabağ Məktəbləri" V Qış Düşərgəsini ziyarət edib!

QHT.az xəbər verir ki, Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsini ziyarət edib.

Düşərgə iştirakçıları olan Azərbaycanın qəhrəman şəhidlərinin övladları və Moldovada yaşayan soydaşlarımızın övladları ilə görüşən cənab səfir onlarla onlarla dəyirmi masa arxasında səmimi müzakirə aparıb və hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçiriləcək bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı