II Aerokosmik Modelçilik Festivalı ilin ən yaxşı texnologiya tədbiri seçildi - FOTOLAR
13 dekabr 2024-cü il tarixində, Fairmont Baku otelində “IDDAAwards-2024” mükafatlandırma mərasimi keçirildi. Azərbaycanın innovasya-ekosisteminin oyunçularını və ən parlaq layihələri bir araya gətirərək, 11 nominasiya üzrə müvafiq yerlər elən olundu.
QHT.az xəbər verir ki, Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçrilən Aerokosmik Modelçilik Festivalı “İlin Texnologiya Tədbiri” naminasiyası üzrə qalib elan olundu. Fəxri kürsüdə mükafat festivalın təsisçiləri Ceyhun Xəlilov və Pərviz Ağayevə təqdim olundu. Bu möhtəşəm naliyyət ölkəmizin bütün avaimodelistlərinin qələbəsidir.
Raket Modelçilik sahəsinə göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Ölkəmiz adına müxtəlif beynəlxalq yarışlarda qazanılan naliyyətlər buna baris nümunədir. Çox sevindirici haldır ki, son iki ildə artıq raket və peyk modelçiliyinin inkişafı yolunda real atdımlar atılmağa başlamışdır. Hər il keçrilən Aerokosmik Modelçilik Festivalı yerli roket və peyk mütəxəsislərinin hazırlanmasına hesablanmışdır. Festival iştirakçılarına texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradılır.
Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyi adından bütün qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.