QHT sədri Daşkənddə Forumda çıxış edib - FOTOLAR
Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Forumu keçirilib.
QHT.az xəbər verir ki, 2024-cü il dekabrın 5-də Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan QHT-lərinin forumu işə başlayıb. Rəsmi açılış mərasimində Özbəkistanın Ali Məclisinin Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçiləri də iştirak edib. Açılış mərasimində çıxış edən hər iki dövlətin QHT sektoru üzrə rəsmiləri ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlığın gücləndiyini və hazırda Daşkəndddə baş tutan növbəti forumun da bu güclənən əlaqələrin təzahürü olduğunu qeyd ediblər.
Forum açılış mərasimindən sonra sessiyalarla davam edib. Forumda iştirak etmək üçün Özbəkistanda səfərdə olan "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sessiyada "Qadınların sosial həyatda fəal iştirakının təmin edilməsi: çağırışlar və perspektivlər" mövzusu ilə çıxış edib. Sevinc Alızadə çıxışı zamanı ölkəmizdə aparılan gender siyasəti, bu siyasətin müxtəlif sahə və istiqamətlər üzrə uğurlu nəticələri, həmçinin "Zəfər" İB-nin gender bərabərliyi mövzusunda həyata keçirdiyi layihələr barədə forum iştirakçılarını məlumatlandırıb.
Təqdimatlardan sonra ətraflı müzakirələr aparılıb, Özbəkistan QHT-lərinin sualları cavablandırılıb, təcrübə mübadilələri edilib.