Xəbərlər 02.12.2024 13:42 184

Hafiz Səfixanov: "Minalardan Azad Dünya" Sammiti davam edir / FOTOLAR

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov Kambocanın Siem Reap-Angkor şəhərində keçirilən "Minalardan Azad Dünya" Sammiti haqqında məlumat verib. Onun sözlərinə görə, sammit çərçivəsində plenar iclaslarla yanaşı, müxtəlif yan tədbirlər də təşkil olunur.

QHT.az xəbər verir ki, Sammit iştirakçıları üçün Kamboca hökuməti tərəfindən xüsusi bir mədəniyyət proqramı da hazırlanıb. Belə ki, iştirakçılar XI əsrdə 37 il ərzində tikilmiş və hazırda UNESCO-nun qorunan abidələr siyahısında yer alan məşhur Angkor Wat məbədini ziyarət ediblər.

Hafiz Səfixanov qeyd edib ki, bu cür beynəlxalq tədbirlər minaların yaratdığı təhlükələrə qarşı qlobal həmrəyliyin güclənməsinə xidmət edir və minalardan azad gələcəyin qurulmasına töhfə verir: "Sammit çərçivəsində keçirilən müzakirələr və tədbirlər minalardan zərər görmüş ərazilərin bərpası, humanitar minatəmizləmə, eləcə də qurbanlara dəstək məsələlərinə diqqət çəkir".

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı