Xəbərlər 29.11.2024 15:35 291

Məktəblər uşaqlara süni intellekt tərəfindən yazılmış dərsliklərdən istifadə edərək dərs keçəcək

2025-ci ilin əvvəlindən AI dərsliklərindən ingilis dili, riyaziyyat və kompüter elmləri öyrəniləcək.

QHT.az xəbər verir ki, təhsil baxımından Cənubi Koreya QS dünya reytinqində 9-cu yerdədir. Bu, tezliklə dəyişə bilər - baxmayaraq ki, hansı istiqamətdə hələ məlum deyil. ITHome portalının məlumatına görə, bu gün Cənubi Koreyanın Təhsil Nazirliyi ilk dəfə olaraq süni intellektə əsaslanan 76 rəqəmsal dərsliyi təsdiqləyib. Yeni materiallar ibtidai və orta məktəblərdə tədris üçün nəzərdə tutulub.

Smart AI dərslikləri 2025-ci ilə qədər proqrama daxil ediləcək - onlardan riyaziyyat, Koreya, ingilis və kompüter elmlərinin öyrənilməsi üçün istifadə olunacaq. 2028-ci ildən başlayaraq sosial elmlər, tarix, təbiət elmləri (biologiya, coğrafiya) və texnologiyanın tədrisində smart kitablardan istifadə olunacaq. Məlumdur ki, İT nəhəngləri Samsung və LG birgə süni intellekt dərslikləri hazırlayıb nəşr edəcəklər. İnteraktiv kitablar müxtəlif dillərə və altyazılara tərcüməni dəstəkləyəcək, həmçinin süni intellektdən istifadə edərək tələbələrin biliyini qiymətləndirə biləcək.

ITHome yazır ki, süni intellektin ümumi təhsil sisteminə tətbiqi onun istifadəsinin heç də həmişə kommersiya məqsədləri ilə əlaqəli olmadığını göstərir. Ola bilsin ki, tezliklə digər ölkələr də buna əməl etsinlər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı