Azərbaycanın kiçik ada dövlətlərinə xüsusi dəstəyi: Deputatın açıqlaması
"Azərbaycan kiçik ada dövlətləri ilə ilə münasibətlərə xüsusi diqqət ayırır".
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı ilə bağlı QHT,az-a bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev sözügedən toiplantıdakı çıxışında kiçik ada dövlətləri olan Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkmələrini vurğulamaqla dünyanın diqqətini bu məsələyə yönəldib:
"Kiçik ada dövlətləri ilə bərabər hüquqlu münasibətlərin formalaşması çox önəmlidir. Bu məsələ Prezidentin xüsusi olaraq diqqət mərkəzindədir".