Xəbərlər 06.11.2024 13:11 1108

Sumqayıtda “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda kaskad təlim keçirilib - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu noyabrın 5-də Sumqayıt şəhərində yerləşən Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Gender əsaslı zorakılıq (GƏZ) əleyhinə mübarizə” mövzusunda geniş bir kaskad təlim keçirib. BMT-nin Əhali Fondu (UNFPA) sıx əməkdaşlıq çərçivəsində təşkil olunan bu təlim, əhalinin bütün təbəqələri arasında qadın zorakılığının qarşısının alınması istiqamətində məlumatlılığı artırmaq, bu cür halların qarşısını almaq, xüsusilə məktəb mühitində və gənclərin sosial çevrəsində gender bərabərliyinin təşviqi məqsədilə təşkil olunub. Təlimin təşkilində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tam texniki dəstək göstərilib.

QHT.az xəbər verir ki, peşəkar təlimçilərin iştirakı ilə keçirilən təlimdə təkcə nəzəri biliklər deyil, həm də interaktiv metodlarla qrup müzakirələri, praktiki tapşırıqlar və real həyatdan göstərilən keys nümunələri ilə iştirakçıların mövzuya daha dərindən nüfuz etmələri təmin edilib.

Təlim iştirakçıları qlobal səviyyədə olduğu kimi, Azərbaycanda da gender əsaslı zorakılığın ciddi bir problem olmasını, vətəndaşların bu mövzuda məlumatlı və həssas olmasının vacibliyini vurğulayıblar. Onlar təlim və mövzu haqqında öz maraqlı təəssüratlarını və fikirlərini bölüşüblər. Sonda 22 təlim iştirakçısı sertifikatla təltif olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı