Xəbərlər 05.11.2024 10:25 860

“Himayədar ailə” qayğı modeli və övladlığagötürmə mövzusunda daha bir maarifləndirmə görüşü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Himayədar ailə” qayğı modeli və övladlığagötürmə mövzusunda maarifləndirmə görüşü keçirilib. 

 

Onlayn görüş bu sahədə məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görüləcək işlərə dair Tədbirlər Planına əsasən keçirilib. 

 

Çıxışlarda “Himayədar ailə” qayğı modelinin mahiyyəti, bu modellə bağlı müvafiq icma nümayəndələri arasında məlumatlılığın artırılması və gələcək əməkdaşlığa dair məsələlərə toxunulub. 

 

Müzakirələrdə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə düşməsinin qarşısının alınması istiqamətində din xadimləri ilə birgə əməkdaşlığın vacibliyinə diqqət çəkilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı