Şəhid övladlarının Lənkəranın sitrus bağlarına ekskursiyası təşkil olunub - FOTOLAR
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 30 oktyabr 2024-cü il tarixində şəhid övladlarının Lənkəran rayonunda yerləşən “Sitrus vadisi”nə ekskursiyası təşkil olunub.
QHT.az xəbər verir ki, 23 şəhid övladının iştirak etdiyi bu ekskursiya zamanı iştirakçılar ilk öncə bölgədəki sitrus təsərrüfatı barədə ətraflı məlumat əldə ediblər. Daha sonra onlar özləri meyvə yığımında iştirak edərək proseslə daha yaxından tanış olublar.
Günün ikinci yarısında ekskursiya iştirakçıları üçün “Situs vadisi” ərazisində əyləncəli oyunlar keçirilib. Ekskursiyanın sonunda isə bütün iştirakçılara hədiyyələr təqdim olunub.