105.000 dollarlıq robot-aşpaz təqdim edildi
Moley Robotics, fərqli yeməklər hazırlaya bilən X-AiR robotunu nümayiş etdirib.
QHT.az xəbər verir ki, təqribən 105,000 dollarlıq qiymətə sahib olan bu "aşpaz" robot, yemək hazırlamaq üçün öz sobası, xüsusi qablar dəsti və yağ ehtiyatı ilə təchiz olunub. X-AiR, dadlı və sağlam yeməklər hazırlamaq istəyən, lakin zaman problemi yaşayan istifadəçilər üçün nəzərdə tutulub. İstifadəçi yalnız inqrediyentləri düzərək "Başla" əmrini verməklə yeməklərini robotun hazırlamasına imkan yaradır. Robotun bütün reseptləri aşpaz Ceyms Taylor tərəfindən tərtib olunub və hər ay yeni reseptlər əlavə ediləcək.
X-AiR eyni anda 10 porsiya yemək hazırlaya bilir. Lakin sistemdə maşın görmə qabiliyyəti olmadığı üçün istifadəçi məhsulları qablara düzərək hər birinin nə olduğunu göstərməlidir. Bu robot, tələbatın olduğu, lakin insan resurslarının istifadəsinin çətin olduğu mətbəxlər üçün də yararlı bir həll ola bilər.
Pərvanə Fərhadqızı