Xəbərlər 23.10.2024 16:11 1278

Bakı-Balakən sürət qatarı yaxın zamanlarda istismara veriləcək - AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovun sözlərinə görə, Bakı-Balakən-Bakı istiqamətində yeni sürət qatarı bu ilin sonunda və ya gələn ilin əvvəlində istifadəyə veriləcək. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır, Balakən istiqamətindəki yol infrastrukturu yenilənir.

QHT.az xəbər verir ki, məsafənin uzaq olması səbəbindən yataq tipli vaqonlar istifadəyə veriləcək. Vaqonlar müasirləşdiriləcək və sərnişinlər üçün daha rahat olacaq.

Qeyd edək ki, Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2 957,73 km, istismar uzunluğu isə 2 137,34 km-dir. 2024-cü ilin yanvar-iyul aylarında dəmir yolu ilə 4,5 milyon sərnişin daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% çoxdur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı