Xəbərlər 15.10.2024 19:00 2323

"Azad olunmuş ərazilərdə sahibkarlıq və məşğulluq proqramları sürətlə inkişaf edir" - QHT sədri

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a özəl açıqlamasında, Qarabağ bölgəsində Böyük Qayıdış konsepsiyasına uyğun olaraq məskunlaşan ailələrin iqtisadi fəaliyyətlə məşğul olmasının sürətləndiyini vurğulayıb. O bildirib ki, həmin ərazilərdə sahibkarlıq layihələri uğurla həyata keçirilir və Dövlət Məşğulluq Agentliyi bu ailələrə biznes plan və startap layihələri üzrə lazımi avadanlıqlar təmin edir. Z.Nuriyeva qeyd edib ki, bu ailələr üç il ərzində vergidən azad olaraq kiçik sahibkarlıq fəaliyyətinə başlaya bilirlər və işəgötürən kimi çıxış edərək əmək hüquqlarını təmin edirlər.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə yeni iqtisadi və məşğulluq sahələri yaranıb, peşə təhsili almaq üçün imkanlar da artır. QHT sədri bu prosesin davamlı şəkildə maarifləndirilməsinin vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı