Azərbaycanın Milli Uyğunlaşma Planının hazırlanması üzrə işçi qrupunun iclası baş tutub - FOTOLAR
BMTİP Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Azərbaycanın Milli Uyğunlaşma Planının hazırlanması üzrə işçi qrupunun iclası baş tutub.
QHT.az xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelinin (İPCC) icraçı katibinin müavini Ermira Fida, Türkiyə Respublikası Ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirliyinin İqlim dəyişmələri departamentinin rəis müavini, ETSN-nin rəhbər əməkdaşları, aparıcı mütəxəssislərı, o cümlədən İqlim Dəyişmələrinə Uyğunlaşma üzrə İşçi Qrupun, digər dövlət qurumları, və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Görüşün məqsədlərinə uyğun olaraq iştirakçılar tərəfindən Milli Uyğunlaşma Planının hazırlanması çərçivəsində yeni ssenarilərin formalaşdırılması, iqlim dəyişmələrinin müvafiq sektorların strateji inkişaf plan və proqramlarına inteqrasiya edilməsi üzrə müzakirələr aparılıb.
Sonda Milli Uyğunlaşma Planının müzakirələri zamanı müəyyən olunan boşluqlar və prioritet uyğunlaşma tədbirləri qeyd olunaraq növbəti addımların atılması ilə bağlı görüləcək fəaliyyətlər qeyd edilib.