Xəbərlər 04.10.2024 18:40 3476

Rayon rəhbəri müəllimləri təltif edib - MASALLIDA

Masallı RİH başçısı müəllimləri təltif edib 

 

Masallıda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Çıxışına Ümummilli lider Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözləri ilə başlayan rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən bəhs edib.
44 günlük Vətən müharibəsində 15 masallılı müəllimin düşmənə qarşı döyüşdüyünü diqqətə çatdıran rayon rəhbəri təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, sektor əməkdaşı Samit İslamov, Göyəçöl və Xırmandalı kənd tam orta məktəblərinin müəllimləri Lalə İsrafilova, Həşim Abbasov ölkəmizdə müəllimlərin hərtərəfli qayğı ilə əhatə olunduqlarını bildiriblər.
Tədbirdə səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup müəllim Masallı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.

 

Akif AĞAYEV


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı