Xəbərlər 04.10.2024 16:01 2617

Alimlər çirkab sularda plastik yeyən bakteriyalar aşkar ediblər

Alimlər Comamonas testosteri adlı bakteriyanın plastik tullantıları parçalama qabiliyyətini aşkar ediblər.

QHT.az xəbər verir ki, Şimal-Qərb Universitetinin tədqiqatçıları bu bakteriyanın PET (polietilen tereftalat) plastiğini deqradasiyaya uğradaraq karbon mənbəyi kimi istifadə etdiyini müəyyən ediblər. Bakteriyalar plastiği kiçik hissəciklərə ayırır və daha sonra onu fermentlər vasitəsilə qida kimi istehlak edir. Bu kəşf su hövzələrini plastikdən təmizləmək üçün yeni üsullara yol aça bilər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı