Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin fəaliyyəti müzakirə edilib - FOTOLAR
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2025-ci ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib.
QHT.az xəbər verir ki, iclasda Mərkəzin icraçı direktoru Samir Mahmudov 2025-ci ilin birinci yarımili üzrə görülən işlər, hüquqi aktların hazırlanması, ekspertiza fəaliyyəti və normayaratma üzrə təlimlər barədə məlumat verib. Eyni zamanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən tədbirlər və Mərkəzin yerli və beynəlxalq əlaqələri müzakirə edilib. İcraçı direktor, həmçinin tələbə və yeni məzunların könüllülük proqramına cəlb edildiyini qeyd edib. Hüquq və İnsan Haqları İnstitutunun fəaliyyəti də təqdim edilib, müxtəlif təlimlərdə 651 nəfər iştirak edib, 26 yeni vəsait hazırlanıb. Mərkəzin və İnstitutun fəaliyyətləri müzakirə olunaraq qənaətbəxş hesab edilib.
Pərvanə Fərhadqızı