Xəbərlər 15.08.2024 13:46 2491

QHT sədri 24 saylı Nizami birinci seçki dairəsi üzrə görüş keçirəcək

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli seçicilərlə görüş keçirəcək.

QHT.az xəbər verir ki, 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizəd, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli, seçiciləri ilə bir araya gələcək. Görüş 17 avqust 2024-cü il tarixində, saat 18:00-da, Nizami rayonu 220 saylı məktəbin idman meydançasında keçiriləcək.

QHT sədri Eyyub Kərimli bu görüşü təşkil edərək, seçicilərin suallarını dinləməyə və problemlərini eşitməyə hazır olduğunu bildirib. "Namizədinizi şəxsən tanıyın!" çağırışı ilə təşkil edilən bu görüş, seçicilərin nümayəndə namizəd ilə birbaşa əlaqə qurması və onun planları ilə yaxından tanış olması üçün əhəmiyyətli bir imkan yaradacaq.

Görüşün keçirildiyi ünvan: Nizami rayonu, E.Süleymanov küçəsi 120.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı