"Hüququ qoru, insanlığı yaşat!" adlı tədbir keçirildi - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə fəalları Şəfiyeva Göyçək və Şəfiyev Yusifin təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyəti və təhsil sektorunun dəstəyi ilə "Hüququ qoru, insanlığı yaşat!" adlı tədbir keçirildi.
QHT.az xəbər verir ki, ilk növbədə Dövlət Himni səsləndirildi. Tədbirin davamında iştirakçılara insan hüquqları, onların qorunması və bərpası haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı slay nümayiş olundu, video-çarx izlənildi. Sonra iştirakçılar və Məclisin üzvləri mövzu ilə bağlı fikirlərini bildirdilər. Ümumilikdə, tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.