Xəbərlər 11.06.2025 14:25 62

""Qərbi Azərbaycana Qayıdış" mövzusunda QHT təşəbbüsləri güclənir" – Zaur İbrahimli

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İctimai Birliyinin sədri Zaur İbrahimli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana Qayıdış” mövzusunda icra etdiyi QHT layihələrinə dair ictimai hesabat xarakterli brifinqə münasibət bildirib. İbrahimli, bu tədbirin dövlət üçün vacib olan bu strateji sahədə QHT-lərin fəaliyyətinin genişlənməsini və inkişafını bir daha göstərdiyini vurğulayıb.

Zaur İbrahimli qeyd edib ki, son üç il ərzində “Qərbi Azərbaycana Qayıdış” mövzusunda 54 QHT təşəbbüsü dəstəklənib, 2025-ci ildə isə bu mövzuda 51 QHT layihəsi icra olunur. O, bu miqyasda kəmiyyət və keyfiyyətin heç vaxt bu səviyyəyə çatmadığını, QHT-lərin bu məsələyə dair sanballı işlər ortaya qoyduğunu və mötəbər tədbirlər keçirdiyini bildirib. O, QHT sektorunda son illərdə aparılan islahatların uğurla nəticələndiyini qeyd edərək, “Cəmi 2 il əvvəl biz “Biləcəri stansiyası”nda ilişib qalmaqdan şikayətlənirdik, indi Azərbaycan QHT sektorunun fəaliyyəti artıq global təşəbbüslər irəli sürmək, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib” – deyə vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ilk dəfə regional layihələrə başladığını və bu ilin aprelində müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından birinə imza atdığını bildirən İbrahimli, 116 ölkədən QHT-lərin Bakı Qlobal Cənub QHT Platformasının mərkəzinə çevrildiyini əlavə edib. Bu, QHT sektorunun xarici siyasətimizə effektiv yardım göstərməsi və dövlət siyasətini gücləndirməyə yönəlik inkişafını təsdiq edir.

Zaur İbrahimli həmçinin bəzi şəxslərin bu uğurları qaralamaq və narahatlıq yaratmaq üçün Qərbi Azərbaycan məsələsini mənimsəməyə çalışdıqlarını bildirib:

"Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə edilməsi milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər. Təəssüf ki, bəzən görürük ki, “bulanıq su” xiffəti ilə yaşayanları, qrant dəllal və dələduzlarını, bəzi “qrantbaz deputatlar”ı bu uğurlar cılız ambisiyaları naminə narahat edir, onlar bu sektorun ləkəli, qeyri-şəffaf qalmasında maraqlıdırlar. Utanmadan Azərbaycanın düşmənləri, anti-Azərbaycan şəbəkəsi ilə vasitəçilər tapıb əlaqələrə çıxırlar, onlara öz intellekt səviyyələrində “nüfuzdansalıcı” materiallar ötürürlər, elə bilirlər ki, heç kim görmür və bilmir. Görülən işləri qaralamaq, heçə endirmək, şər-böhtan atmaq üçün alışıb-yanırlar. İşin bəlkə də ən toxunan hissəsi bütün bu riyakarlıqları bəzilərinin “Qərbi Azərbaycan” adı altında etməsidir. Elə bilirlər ki, kimsə hansısa mandat daşıyırsa, bu ona zirehdir, o, ağlına nə gəlirsə, edə, deyə bilər. Halbuki, etimadı doğrultmaq, Qərbi Azərbaycan adına layiq işlər görmək əsas qayğı olmalı idi. Bu mövzunu necə monopoliyaya almaq olar ki? Məsələn, mən Naxçıvanda – Kəngərlidə doğulmuşam. Qərbi Azərbaycan mövzusunda danışmaq üçün hansı deputatdan icazə almalıyam?!"


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı