Zenfira Mustafayeva: "Doğma saytımız mübarəksən!"
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva:
"QHT.AZ ad günün mübarək olsun!
Doqquz ildir ki, təmənnasız olaraq yanımızdasınız, təşkilatımızın tanınmasında əvəzsiz rolu olan layihələrimiz çərçivəsində görülən işlər, fəaliyyətimiz barədə məlumatları geniş əhali kütləsinə çatdıran, əhalinin maarifləndirilməsində əvəzsiz əməyiniz var.
Saytın bütün əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Doğma saytımız mübarəksən!"