Xəbərlər 27.06.2024 09:56 1268

Silahlı Qüvvələr Günündə şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar - FOTOLAR / VİDEO

26 iyun - Silahlı Qüvvələr Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşərək şəhid olan hərbçilərimizin ailə üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər.

QHT.az xəbər verir ki, səfər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə baş tutub.

Bu tədbir çərçivəsində Şəhid ailələri Şəhidlər Xiyabanını, Zəngilan şəhər məscidini ziyarət edib, namaz qılıb və dualar ediblər. Ardınca qonaqlar Zəngilan Konqres Mərkəzi və Ağalı kəndi ilə, həmçinin keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar.

Daha sonra qəhrəman igidlərimizin ailə üzvləri Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.

Tədbirin sonunda Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailəllərinin üzvləri üçün konsert proqramı təşkil olunub. Qeyd edək ki, Respublikanın əməkdar artisti Sevinc Sarıyeva və sevilən müğənni Tural Salmanov vətənpərvərlik mövzusunda ifaları ilə unudulmaz anlar yaşadıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı