Xəbərlər 27.06.2024 19:09 1135

Hüquq və İnsan Haqları İnstitutunda təlimlər uğurla davam edir - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutunda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UN OHCHR) ilə birgə təşkil olunmuş 5 günlük “ToT” layihəsi çərçivəsində keçirilən təlimlər maraqlı və aktual mövzularla öz işini davam etdirir.

QHT.az xəbər verir ki, təlimlərin 3-cü günü iştirakçılar gündəlikdə duran əsas məsələlərlə bağlı - Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci, 6-cı, 8-ci və 14-cü maddələri haqqında, o cümlədən Bərabərlik hüququ və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbuledilənlik meyarları və insan hüquqlarının beynəlxalq müdafiə mexanizmləri mövzuları barədə məlumatlar əldə ediblər.

Təlim iştirakçıları tütorların komanda rəhbərliyi ilə 4 qrupa bölünərək kazus tapşırıqları icra edib, maraqlı fikirlər və təkliflər irəli sürüblər.

Qeyd edək ki, bu təlimlər, ölkəmizdə insan hüquqlarının qorunması və təbliği sahəsində mühüm bir addımdır. Avropa İnsan Hüquqları Konvensiyasının maddələri üzrə dərinləşmiş biliklər əldə etmək və praktiki məşğələlərdə iştirak etmək, hüquq müdafiəçiləri və hüquqşünaslar üçün böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər, beynəlxalq standartlara uyğun olaraq insan hüquqlarının qorunması və müdafiəsində daha səmərəli yolların axtarılmasına və tətbiqinə kömək edir. İştirakçıların fəal iştirakı və maraqlı təklifləri isə gələcəkdə bu sahədə daha çox yeniliklərin və inkişafların olacağına ümid verir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı