Xəbərlər 22.06.2024 01:15 3215

İsmayıllı rayonunda vərəm üzrə maarifləndirmə tədbirləri aparılır - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi “Regionlarda qadınlar və uşaqlar arasında vərəm xəstəliyinin profilaktikası və ailələrdə vərəm stiqmasının ləğvi istiqamətində maarifləndirmə işi” mövzusunda İsmayıllı rayonu Uşaq və Ailələrə dəstək Mərkəzində maarifləndirici təlim keçirib.

QHT.az xəbər verir ki, bu barədə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı məlumat verib. O, layihənin icra edilməsində AR Ailə Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Sektorunun müdiri Pərviz Əliyevə, İsmayıllı Rayonu, İcra Hakimiyyəti Başçısının Aparatının İctimai Siyası Humanitar Məsələlər şöbəsinin Baş Məsləhətçisi İsmayıl Faxtiyevin və İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın böyük köməyinə görə onlara dərin minnətdarlığını bildirib: "İcra edilmiş layihənin məqsədi gənc ailələr və onların ailə üzvləri arasında vərəm və digər İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etmək olub".

QHT sədri həmçinin bildirib ki, tədbirə İsmayıllı rayonunda yaşayan ailələr və onların ailə üzvləri, rayonun GEM mütəxəsisləri, orta məktəb müəllimləri, uşaq baxçalarının əməkdaşları, tibb bacıları, mərkəzin əməkdaşları cəlb olunub: "Ümumilikdə hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, yoluxmadan və xəstələnmədən qorunmağın yollarını, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında nə qədər əhəmiyyətli olması barədə maarifləndirici interaktiv təlimi dinləyiblər. Təlimin əvvəlində və sonunda qazanılan biliklərin harada və necə daha səmərəli istifadəsi barədə professional məsləhətlərə qulaq asıblar. Cəmiyyətin əsas potensialı olan gənc ailələr və onların yaxınları bu bilgilərdən istifadə etməklə düzgün və ən əsası sona qədər müalicə alaraq xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın nə dərəcədə vacib olmasının elmi yolları barədə məlumatlarla tanış olublar".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı