Xəbərlər 20.06.2024 01:21 1777

“Vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasına dəstək” layihəsinin icrasına başlanılıb

“Hüquq və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasına dəstək” layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, “Hüquq və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2024-cü il tarixdən “Vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasına dəstək” layihəsinin icrasına başlayıb.

Hazırda layihənin icrası üzrə  hazırlıq işləri başa çatmaqdadır. Eyni zamanda “Vətəndaşların müraciətləri” Facebook səhifəsində vətəndaşların müraciətləri, onların verilməsi və baxılması qaydaları ilə bağlı hüquqi məlumatlandırılma işlərinin həyata keçirilməsinə başlanıb və bu fəaliyyət layihənin icrası müddətində davam etdiriləcək.

Bunlarla yanaşı, Sabirabad, Neftçala və Saatlı rayonlarında ictimai müzakirələrin keçirilməsi üzrə yerli vətəndaş cəmiyyəti təşkilatları ilə müzakirələr aparılır. Bundan sonra bu regionlarda yerli dövlət orqanları təmsilçilərinin və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və fəal vətəndaşların iştirakı ilə ictimai müzakirələr keçiriləcək.

3 aylıq müddəti əhatə edəcək layihənin sonuncu mərhələsində vətəndaşların müraciətlərinə baxılması sahəsində hüquqi və praktik vəziyyətin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq və müvafiq dövlət orqanlarına təqdim edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı