Xəbərlər 14.06.2024 09:11 2208

WhatsApp istifadəçilər üçün məcburi yaş yoxlamasına başlayacaq

Amerikanın Meta korporasiyasına məxsus məşhur messencer WhatsApp bəzi ölkələrdə istifadəçilərin yaşını yoxlamaq üçün məcburi funksiya tətbiq etməyi planlaşdırır.

QHT.az xəbər verir ki, yenilik onunla əlaqədardır ki, Avropada internet xidmətindən istifadə üçün minimum yaş müəyyən edilib (13 yaş), lakin WhatsApp-da lazımi yoxlama aləti yoxdur.

Yeni funksiya istifadəçilərdən doğum tarixini daxil etməyi təklif edəcək, bu tarix məxfi qalacaq və daxil olduqdan sonra dəyişdirilə bilməz. Bu strategiya əvvəllər Instagram (həmçinin Meta-ya məxsusdur) tərəfindən həyata keçirilən oxşar yanaşmanı xatırladır. WhatsApp-ın bu dəyişiklikləri etmək üçün iki səbəbi var. Birincisi, ABŞ-ın bir neçə ştatı yeni yaş yoxlama qanunu təqdim edir. İkincisi, Avropa Birliyinin son qanunları yetkinlik yaşına çatmayanların onlayn təhlükəsizliyini prioritet təşkil edir. Bu funksiyanın dəqiq işə salınma tarixi və tətbiqi təfərrüatları hazırda məlum deyil.

 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı