Xəbərlər 13.06.2024 15:16 3457

Mediasiya Şurasının Rəhbərliyi Gəncədə Qadın Sığınacağının Fəaliyyəti ilə Tanış Olub

Mediasiya Şurasının rəhbərliyi Gəncə şəhərində fəaliyyət göstərən Qadın sığınacağının fəaliyyəti ilə tanış olublar.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov, Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev və mediatorlar Gəncədə fəaliyyət göstərən Qadın sığınacağının fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı Qadın sığınacağının rəhbəri Kübra Ələkbərova sığınacağın fəaliyyəti və sığınacaqda olan qadınların ailə mübahisələrinin həlli istiqamətində görülən işlər və sığınacağa dəstək göstərildiyinə görə Azərbaycan Respublikasınln Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Gəncə Şəhər İcra Hakimiyyətinə təşəkkür edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı