Qax rayonu Turaclı kəndində Qərbi Azərbaycan əsilli sakinlərlə görüş keçirilib - FOTOLAR
Görüşdə, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Keşişkənd İcmasının rəhbəri, professor Mahirə xanım Hüseynova çıxış edərək Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin uğurlu siyasətindən danışaraq onu qalib sərkərdə kimi səciyyələndirmişdir. Mahirə Hüseynova Qərbi Azərbaycan İcmasının fəaliyyəti haqqında geniş məlumat verib və yerli təşkilatların formalaşmasının vacibliyini vurgulayıb. Eyni zamanda,yerli təşkilatın yaradılması məsələsinə baxılmış, Turaclı kənd sakini Həsən Tarverdiyev Qərbi Azərbaycan İcmasının yerli nümayəndəliyinin rəhbəri seçilib.
QHT.az xəbər verir ki, tədbirdə iştirak edən Qax rayon İcra hakimiyyəti başçısı Musa Şəkiliyev Qərbi Azərbaycanlıların yurd həsrətindən danışıb.
Yerli sakinlər üçün əhəmiyyət kəsb edən bu tədbirdə, Qərbi Azərbaycan Paşalı İcmasının rəhbəri Faiq Xuduyev, Keşişkənd İcmasının müavinləri Məhəmməd Rəsuloğlu, Möhübbət Səmədoğlu, İcma üzvləri Səməd Vəkilov, t.ü.f.d Leyla Calalova, Ağkənd İcma rəhbəri Şəfiqə Cəfərova iştirak ediblər. Sonda, Qərbi Azərbaycanlıların özləri ilə gətirdikləri və indiyədək saxladıqları foto və sənədlərin sərgisi keçirilib.


