Xəbərlər 24.05.2024 14:39 4294

Bakı Sənaye və Texnologiya Kollecində "Mütaliə Mədəniyyəti" tədbiri keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin fəaliyyətini davam etdirir. Layihə çərçivəsində 24 may 2024-cü il tarixində Bakı şəhəri, Sənaye və və Texnologiya Kollecində tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Kollecin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, Əməkdar müəllim Faiq Şahbazlı Mədəniyyət Nazirliyinin dəstəyilə həyata keçirilən layihənin olduqca gərəkli olduğunu qeyd edib və təşkilatçı birliyi alqışlayıb.  Layihə rəhbəri Adilə Nəzərova mövzu ilə əlaqəli çıxış edərək bildirib ki, bu kontekstdə uşaqlar məktəbəqədər təhsildən tutmuş ali təhsili bitirənə qədər mütaliə mədəniyyətinin aşılanması ilə bağlı həm müvafiq orqanlar tərəfindən, həm də ailələr və müəllimlər tərəfindən mütəmadi maarifləndirilməlidirlər. Həm Təhsil Nazirliyi, həm də Mədəniyyət Nazirliyi digər qurumlar da daxil olmaqla, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Belə ki, bu qurumlar mütaliə mədəniyyəti ilə bağlı maarifləndirmə işlərini intensiv davam etdirir, bu cür layihələrin davamlılığını təmin edirlər. 

Layihə üzrə təlimçi Həcər Paşayeva öz çıxışından sonra tədbir iştirakçıları ilə qısa sual-cavab aparıb və mövzu ilə bağlı əsas məqamları diqqətə çatdırıb: “Bu bir aksiomadır ki, nə qədər çox söz bilər və istifadə edərsənsə,  bir o qədər də geniş düşünə bilərsən; Nə qədər geniş düşüncən varsa, bir o qədər azad olacaqsan. Azad düşüncəli, azad fikirli insan hər sahədə özünüifadə edə bilir və intellektuallıq nümayiş etdirir. Bu fikirə əsaslanaraq, “Mütaliə Mədəniyyəti Hərəkatı”nı başlatmaq olduqca aktual məsələdir.”

Tədbirdə Kollecin şöbə müdirləri Nərminə MəmmədovaGülnarə Qurbanova da iştirak edib və həm layihəni, həm də tədbiri yüksək dəyərləndiriblər.

Layihə çərçivəsində tədbir iştirakçılarına bədii kitablar, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanıb.  

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı