54 nəfər mediatorluğa namizədlər üçün distant formada yeni ilkin hazırlıq kursları təşkil olunub - FOTO
Mediasiya Şurasının təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 4 qrup olmaqla, ümumilikdə 54 nəfər mediatorluğa namizədlər üçün "ZOOM" platforması vasitəsilə distant formada yeni ilkin hazırlıq kursları təşkil olunub. Kursların keçirilməsində əsas məqsəd mediatorların baza biliklərini formalaşdırmaq, mediasiya sahəsində ilkin nəzəri və praktiki biliklərə yiyələnmələrini təmin etməkdir.
QHT.az xəbər verir ki, kursun açılışında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov təlimlərin vacibliyini qeyd edərək son dövrlərdə kursların daha da intensiv olduğunu, mediasiya təlimlərinin keyfiyyətinin daha da artırılması üçün təlimçilərin tərkibinin daim yenilənməsi, təlim proqramlarının beynəlxalq standartlara və milli təcrübəyə uyğun təkmilləşdirildiyini bildiriblər.
Çıxışçılar auditoriyaya mediatorların fəaliyyət prinsiplərini, intizam məsələlərini, mediatorların etik davranış qaydalarını izah etmiş və hər bir namizədə uğurlar arzulayıblar.