Xəbərlər 21.05.2024 20:30 1686

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində bu il 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gənclər burada kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s. peşə hazırlığı kurslarına cəlb ediliblər.

Hazırda Mərkəzdə 135 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunurlar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı