Xəbərlər 16.05.2024 18:09 1866

“Məhəmməd Füzuli: şairin yaradıcılıq psixologiyası” adlı tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş "Məhəmməd Füzuli: şairin yaradıcılıq psixologiyası" adlı tədbiri keçirib.

QHT.az xəbər verir ki, Filologiya fakültəsinin və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültələrinin tələbələrinin iştirak etdiyi görüşün qonağı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktoru, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov idi.

Tədbirin açılışında Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova mövzunun önəmini vurğulayıb. Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva isə Füzulinin irsini və yaradıcılığını tədqiq edən mühazirədə iştirak edib. O, Füzulinin əsas məqamları, dəyərli əsərləri haqqında məlumat verib, şairin poetik xüsusiyyətlərini izah edib. Görüş tələbə və müəllimlərin sual və müzakirələri ilə davam edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı