Xəbərlər 15.05.2024 11:19 2554

Mediasiya Şurasının sədri: "Qərb dövlətlərinin mübahisə predmetləri ilə müqayisədə bizim sistemimiz daha mürəkkəbdir"

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda Sosial Tədqiqatlar Mərkəzində keçirilən konfransda, Qərb dövlətlərinin məhkəmə və mediasiya sistemlərinin Azərbaycanla müqayisədə daha rahat olduğunu vurğulayıb.

QHT.az xəbər verir ki, o, bildirib ki, Qərbdəki mübahisələr əsasən uşağın təhsili və böyüməsi ilə əlaqəli olduğu halda, Azərbaycanda ənənəvi ailə mübahisələri daha mürəkkəb və təhlükəlidir. Adilov, ailə münaqişələrinin həllində tədqiqat əsaslı strategiyaların vacibliyini qeyd edib: "İstər məhkəmə sistemi olsun, istər mediasiya sistemi olsun Qərb dövlətlərinin işi bizdən qat-qat rahatdır. Nəyə görə? Bizdə olan mübahisə predmetləri ilə onlarda olan mübahisə predmetləri arasında 180 dərəcə fərq var. Oradakı mübahisə predmetləri nədən ibarətdir? Nikaha xitam verilir, mübahisə uşağın hansı məktəbdə oxuması, təhsil haqqının kim tərəfindən verilməsi, məktəbə kim tərəfindən aparılıb- gətirilməsi, gələcəkdə hansı universitetdə oxuyacağı və s. biz qanunda uşağın üstün hüquqlarından danışırıqsa, söhbət ptedmet uşağa fokuslanmalıdır, amma təssüf ki, bəzi boşananlar, cehiz, bazarlıq, qızıl zinyət əşyası mübahisəsini edir. Belə olanda uşağın üstün maraqları bəzən boşananlar üçün qisas elementinə çevrilir. Amma nə mənəvi nə hüquqi belə olmamalıdır".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı