QHT “Ermənistanın müharibə cinayətləri: Qazax kəndlərində törədilən kütləvi qırğınlara görə məsuliyyət” adlı layihənin icrasına başlayıb
"Qərb-Resurs" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi “Ermənistanın müharibə cinayətləri: Qazax kəndlərində törədilən kütləvi qırğınlara görə məsuliyyət” adlı layihənin icrasına başlayıb.
"Qərb-Resurs" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a bildirib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihənin məqsədi Qazax rayonunun Ermənistan tərəfindən işğal etdiyi kəndlərindən didərgin düşmüş 4000 dən çox insanın haqqlarını (mənəvi və mülki) müdafiə etmək, Ermənistanın işğal etdiyi kəndlərdə işgəncə görmüş və ağır cinayətlərin qurbanı olan insanların həyatları haqqında ingilis dilində video materiallar (hazır materiallar əsasında) hazırlamaqdır".
Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində Qazax rayonunun kəndlərində baş vermiş soyqırımı dünyaya tanıtmaq üçün sübutlarla ingilis dilində video rolik və zərərçəkmiş insanların hə maddi həm də mənəvi ziyanın qeydiyyatı ilə bağı hüquqi sənədlər hazırlanacaq.