Xəbərlər 03.05.2024 14:23 2807

Müəllim cəmiyyətinin xilaskarı kimi

"Müəllim cəmiyyətin xilaskarı kimi" adlı "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən yeni layihəsinə start verilir.

QHT.az xəbər verir ki, layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Agdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.

Layihə səfərlərində qeyd olunan rayonların məktəblərində fəaliyyət göstərən hər rayon üzrə 2 ən nümunəvi müəllim müəyyənləşdiriləcək, onlarla və onların ailələri ilə görüş keçirilib, müəllimlərdən müsahibə alınacaq, nümunəvi fəaliyyətlərindən video təqdimatlar hazırlanacaq, sosial mediada təbliğ olunacaq və qiymətləndiriləcəkdir. Müəllimlərin seçimi ilə baglı ekspertlərdən ibarət Seçim və Qiymətləndirmə Komissiyası yaradılaraq, seçim meyarları müəyyənləşdiriləcək.

İcra, təhsil orqanları, yerli icmalar, təhsil təşkilatları və müəllimlərin özləri təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 vatsap nömrəsinə göndərə bilərlər. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı