Xəbərlər 25.04.2024 10:12 2175

Azərbaycanın silahlanma iddialarına diplomatik reaksiya və hazırlıqları- Mübariz Göyüşlüdən AÇIQLAMA

Prezident İlham Əliyev: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Bəs Prezidentin bu açıqlamalarına başqa ölkələrdən hansı diplomatik reaksiya gözlənilir? Biz bu iddialara cavab olaraq hansı addımları atmağa hazırıq?

QHT.az bununla bağlı Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlüdən açıqlama alıb. QHT sədri bildirib ki, onlar özlərinin də söylədikləri rəsmi məlumatlardır, deyirlər biz bunu müdafiə məqsədilə həyata keçiririk, amma hər dəfə bu silahlanmadan sonra biz onlar tərəfdən aqressiv reaksiyaları görürük: "Diplomatik reaksiyalara gəlincə qeyd edim ki, haqq, ədalətin yanında olan dövlətlər bizim mövqeyi dəstəkləyəcəklər. Ədalətsiz mövqedən çıxış etmək istəyənlər də qarşı tərəfi müdafiə edəcəklər və bu, bizi narahat eləmir. Yəni biz yalnış nəyi görürüksə, mübaizə aparırıq".

Mübariz Göyüşlü həmçinin bildirib ki, Azərbaycan kifayət qədər güclü orduya malik olan bir dövlətdir, Ermənistan bu silahlanmağı bizi qeyri-adi dərəcədə problemə sala bilməz: "Ümumən götürəndə, narahatlıq doğuran məqamdır. Biz hər hansısa bir aqressiv davranışlar, təcavüzkar hərəkətlər, təxribatlar görsək cavabını veririk. verəcəyik də. Bu məsələlər regional sabitliyi təhlükə altına alır. Yəni Fransada, Hindistanda, Yunanıstanda bu məsələləri düşünməlidirlər. Bunlardan çəkinməlidirlər”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı