Xəbərlər 22.04.2024 14:20 1031

Pendir dişləri çürükdən qoruyan tüpürcək istehsalını stimullaşdırır

Pendir və digər süd məhsulları çeynədikdə, tüpürcək istehsalını stimullaşdırır ki, bu da dişlərdəki turşunu zərərsizləşdirə və diş çürüməsinin inkişafına mane olur. Bu barədə britaniyalı həkim Maykl Mosli bildirib.

QHT.az xəbər verir ki, həkim izah edib ki, pendir, süd və qatıq kalsiumla zəngindir. Ağız boşluğunun turşu-qələvi balansının saxlanmasında iştirak edir və dişlərə müsbət təsir göstərir, kariyesin qarşısının alınmasını təmin edir. Bundan əlavə, çeynədikdə, süd məhsulları (xüsusilə də pendir) tüpürcək istehsalını aktivləşdirir.

Həkimin sözlərinə görə, tüpürcək turşuları və qələviləri zərərsizləşdirir ki, bu da dişlərin vəziyyətinə mənfi təsir göstərir. Normalda dişlərin səthinin turşuluğu hər yeməkdən sonra dəyişir. Lakin həddindən artıq turşu əmələ gələrsə, çürük əmələ gəlir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı