Xəbərlər 13.07.2023 16:51 1493

“Təbiət Keşikçiləri Gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!

"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Təbiət Keşikçiləri Gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!” layihəsi ilə qalib olub.

Layihənin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova bu yola Ulu Öndər Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız" şuari ilə çıxdığını və daha çox gənci təbiəti qoruyan ruhda yetişdirməkdə məqsədli olduğunu bildirib: “Layihə çərçivəsində gənclərlə təbiət qoynunda maarifləndirici və əyləndirici tədbirlər təşkil olunacaq, təbiət keşikçilərinin ölkəmizin təbiətini qorumaqda dövlət qurumları ilə əməkdaşlığın qaydaları haqqında məlumat veriləcəkdir”.

Qeyd edək ki, layihənin icrasına 01 iyul 2023-cu il tarixində start verilib, 3 ay boyunca icra ediləcək. Təbiətimizi qorumaq istəyən hər bir vətənpərvəri “Təbiət Keşikçiləri Gənclər hərəkatı”na qoşulmağa dəvət edirik.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı