Xəbərlər 06.05.2024 00:00 2365

Qadınların arzusu - Zenfira Mustafayeva yazır 

Yer üzərində yaşayan insanların yarısını qadınlar təşkil edir. Lakin uzun zamanlar onlara özlərini təsdiq və ifadə etmək ücün imkan verilməyib. Onların potensialları içlərilərində gizlin qalıb. Qadınların enerjisi dünya üçün çox vacibdir. Təsəvvür edək ki, bütün qadınların daxili enerjisi üzə çıxsa, dünyamız nə  qədər gözəlləşər.

Çində uzun zaman hesab ediblər ki, qadının ruhu yoxdur. Kişi öz qadınını istəsə öldürə bilərdi və o tamami ilə cəzasız qala bilərdi. Çünki qadın onun malı-mülkü sayılardı. Qadın üçün ən böyük təhqir onun ruhsuz olduğunu bəyan etməkdir.

Hind filosofi Oşo deyirdi ki, qadın kişinin yuvasıdır. Qadın istənilən evi rahat bir ocağa çevirə bilər. Kişiyə və uşaqlara dinclik gətirə biləcək hər cür şərait yarada bilər. Qadının unikal keyfiyyətləri kişiyə mütləq lazımdır, eləcə də kişinin.

Pul və nüfuz qazanmaq yetərli deyil. Önəmli olan isti, mehriban bir yuvadır. Bu yuvada mehribançılıq, sevgi, diqqət, qayğı varsa demək bu cütlük xöşbəxtdir. Qadın ruhsaldır, təmkinlidir, dözümlüdür. Qadın sevgi, diqqət və qayğı istəyir. Sevin onları, qoruyun onları, çünki onlar sizə gözəl övladlar bəxş ediblər.

 

Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı