Xəbərlər 09.08.2023 00:01 2302

"Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız" adlı tədbir təşkil olunub - FOTOLAR

"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində “Təbiət Keşikçiləri Gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!” layihəsi ilə qalib olub. Layihə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

QHT.az xəbər verir ki, layihənin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribova bu yola Ulu Öndər Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız" şuari ilə çıxdığını və daha çox gənci təbiəti qoruyan ruhda yetişdirməkdə məqsədli yola çıxıb. Layihənin ilk tədbiri Xızı rayonu, Altı Ağac Milli Parkında təbiət qoynunda təşkil edilib. Maarifləndirici və əyləndirici tədbirdə təbiət keşikçilərinə təbiəti qorumağın vacibliyi bu işdə dövlət qurumları ilə əməkdaşlığın qaydaları haqqında məlumat verilib.

Gənclər Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında İctimai şuranın sədri Amin Məmmədov və sədr müavini Nərminə Qəribova tərəfindən geniş şəkildə məlumatlandırılıb. Bu fəaliyyətin həm də vətənə böyük bir xidmət olduğu bildirilib.

Tədbir bir günlük tur şəklində keçirilib, Bakıdan Xızıya yola düşən iştirakçılar çay, yemək, xüsusi geyim- papaq, köynəklə təmin olunub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı