Xəbərlər 31.07.2023 16:09 1196

Sən də təbiəti qoruyanlardan ol!

"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi “Təbiət Keşikçiləri Gənclər hərəkatı” ilə sən də təbiəti qoruyanlardan ol!” layihəsinin icrası davam etdirilir.

Layihənin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Nərminə Qəribova bildirib ki, layihənin icrasına iyul ayının 1-də start verilib, 3 ay boyunca icra ediləcək: "Layihənin icrası davam etdirilir, aidiyyəti qurumarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılır. Bu layihə çərçivəsində gənclərlə təbiət qoynunda maarifləndirici və əyləndirici tədbirlər təşkil olunacaq, təbiət keşikçilərinin ölkəmizin təbiətini qorumaqda dövlət qurumları ilə əməkdaşlığın qaydaları haqqında məlumat veriləcəkdir. Siz də “Təbiət Keşikçiləri Gənclər hərəkatı”na qoşulun".

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş bu layihə qalib olub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı