Xəbərlər 17.04.2024 10:20 2609

"Hər hansı bir qurumlara müraciət edən uşaqlara təcili sosial xidmətin göstərilməsi həyata keçirilməlidir"- QHT sədri

"Azərbaycanda 2007-ci ildən Yuvenal ədliyyə proqramı icra olunur. UNİCEF-in Azərbaycan Ofisinin Ədliyyə Nazirliyi ilə birgə preventiv tədbirlərin görülməsi, cinayət törətmiş uşaqların sosial, psixoloji reabilitasiya işlərinin aparılması məhz Yuvenal Ədliyyə Mərkəzində həyata keçirilir".

Bu sözləri "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, keçən ildən etibarən həmin mərkəzlər nəinki Bakıda, həmçinin də Gəncədə, Lənkəranda və Ağcabədidə bu proqramlar, mərkəzlər fəaliyyətə başlayıb: "Təəssüf ki, əhalinin də bunlardan tam məlumatlı olmaması, bununla yanaşı dövlət qurumlarının da yuvenal ədliyyə sahəsində məlumatsızlığı bu ailələrin vaxtında yönləndirilməsi, vaxtında məktəblərdə aşkarlanan, onda problemi olan, riskli qruplara meylli olan evlərdə, ailələrdə məişət zorakılığından əziyyət çəkən bu uşaqlarla vaxtında işin aparılmaması nəticəsi həmin uşaqların gələcəkdə cinayət və zorakılıq törətməsinə səbəb olur. Ona görə də məlumatlılığı, birgə fəaliyyəti artırmaq lazımdır. Məktəblərdə hər hansı bir qurumlara müraciət edən uşaqlara təcili sosial xidmətin göstərilməsi həyata keçirilməlidir və sosial xidmət mərkəzlərinin, reabilitasiya mərkəzlərinin artırılması daha geniş, təkmil şəkildə fəaliyyətinin aparması bu uşaqlar arasında cinayətkarlığın aşağı enməsinə töhfə ola bilər".

Qeyd edək ki, uşaqlar arasında cinayətlərin artması narahatlıq doğurmaya bilməz. Və təbii ki, hər şeyin öz axarı ilə getməsinə icazə versək daha da pisləşəcək. Yeniyetmələr arasında qəddarlıq halları getdikcə adi hala çevrilir, bunu son zamanlar ictimaiyyətin diqqətini cəlb edən zorakılıq halları sübut edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı